G&I Training Academy Əlavə Təhsil Mərkəzi Eskalator operatoru / Eskalator maşinisti" (Eskalatorların Təhlükəsiz istismarı və Texniki qulluğu) mövzusunda təlim kursu elan edir.
G&I Training Academy əlavə təhsil müəssisəsi olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin rəyi əsasında əlavə təhsil fəaliyyəti üzrə Lisenziya əldə etmişdir.
Mövzular:
I. Eskalatorların quruluşu və təhlükəsiz istismarı qaydaları
- Giriş
- Eskalatora olan ümumi texniki tələblər
- Mühüm qaynaq konstruksiyaları, qaynağın keyfiyyətinə nəzarət
- Eskalatorların quruluşu, dünyada mövcud olan eskalator istehsalçıları və onların avadanlıqlar
- Eskalator sahəsi, xüsusi icazənin verilməsi (lisenziya)
- Eskalatorun sınağı, qeydiyyatı, istismara verilmə qaydası və müayinəsi
- Eskalatorların istismarı
- Bədbəxt hadisənin, qəzanın xəbər verilməsi və araşdırılması qaydları
- Qaydaların pozulmasına görə məsuliyyət
- Eskalatorun istehsalı, quraşdırılması, təkmilləşdirilməsi (yenidən qurulması) və təmiri.
II. Eskalatorların mexaniki avadanlıqları və Eskalatorlara texniki qulluğun göstərilməsi
- Eskalatorlara texniki qulluğun təşkili
- Növbənin qəbulu, eskalatoru qoşmazdan və ya işə başlamazdan əvvəl eskalatora və onların yerləşdiyi sahələrə baxış
- Eskalatorların iş prosesində yoxlanılması. Texniki sənədlərin qeydiyyatının aparılma qaydası
- Elektrik mühərrikləri və onlara qulluq
- İşçi və qəza əyləcləri (əgər varsa) və onlara texniki qulluq
- Dartı zənciri və ona texniki qulluq
- Pillələr, yüyürüklər və onlara texniki qulluq
- Sürahi, sürahi qurğuları və onlara texniki qulluq
- Dişli və elastik muftalar, dişli ötürmələr, intiqal zənciri, reduktorlar və onlara texniki qulluq
- Eskalatorların pillə zolağı və ona texniki qulluq
- Dartı stansiyası və ona texniki qulluq
- Metalkonstruksiya, yağlama sistemi, balyustradalar və onlara texniki qulluq
- Giriş meydançaları, istiqamətləndirici xətkeşlər onlara texniki qulluq göstərilməsi və tənzimlənməsi
III. Eskalatorların elektrik avadanlıqları
- Giriş
- Elektrik sxemlərində işlədilən şərti işarələr və onların təsnifatı
- İşlərin kateqoriyaları, təşkilati və texniki tədbirlər.
- Sabit və dəyişən cərəyan haqqında ümumi məlumat.
- Elektrik kəmiyyətləri və müqavimətlərin ardıcıl və paralel birləşdirilməsi .
- Kontaktor və relelərin iş prinsipi
- Eskalatorların elektrik mühərrikləri və əyləc qurğularının elektrik avadanlıqları
- Eskalatorların elektrik qurğularında istifadə olunan aparatlar
- “VİCTORİA”, “TUGELA” tipli eskalatorların elektrik intiqalı sxemi
- LT və ET tipli eskalatorların elektrik intiqalı sxemi
- Bütün elektrik avadanlıqlarında əmələ gələn nasazlıqların təyin edilməsi və onların aradan qaldırılması yolları
IV. Eskalator maşinisti və maşinist köməkçisi
- Ümumi müddəalar
- Eskalatoru işə salmazdan əvvəl maşinistin (maşinist köməkçisinin) vəzifələri
- Eskalatorun işi zamanı maşinistin vəzifələri
- Eskalatorun təmir üçün saxlanılma qaydası
- Eskalatorda yüklərin daşınma qaydaları
- Eskalator maşinistinin məsuliyyəti
- Eskalatorlarda icra olunan işlərin sənədləşməsi qaydaları
- Eskalatorların istismarı zamanı təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalar
V. Eskalator avadanlıqlarının istismarı zamanı təhlükəsizlik texnikası qaydaları
- Eskalatorların elektrik avadanlıqlarında və köməkçi qurğularda işlərin icrası zamanı təhlükəsizlik texnikası qaydaları
- Eskalator stansiyasının yığışdırılması, yükləmə, boşaltma və daşınma işlərinin aparlıması
- Cilalayici künc maşınının (laqondanın) istismarı
- Yonma dəzgahının istismarı zamanı təhlükəsizlik texnikası
- Köməkçi intiqalla təmin edilməyən eskalatorların eskalatorqabağı (travolatorqabağı) boşluqlarında (quyuda) dayanaraq yerinə yetirilən işlərin təhlükəsiz icrası
Təlim müddəti: 40 saat. (1 ay)
Dinləyici (iştirakçı) sayı: Minimum 8 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan dili
Təlimi müvəffəqiyyətlə keçmiş dinləyicilərə ixtisasrtırmaya dair SERTİFİKAT təqdim olunur.
Sertifikatın etibarlılıq müddəti: 3 il